Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Beyt” stadionunda keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.
Senzor.az bildirir ki, dövlət başçısı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, həmçinin digər dövlət və hökumət başçıları ilə birlikdə tədbiri izləyib.
Açılış mərasimindən sonra Qətər – Ekvador matçını izləyən Ərdoğan bir müddət Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə danışıb.
Açılış mərasimindən əvvəl verilən ziyafətdə isə Prezident Ərdoğan Fələstin Prezidenti Mahmud Abbas, Misir Prezidenti əbdül Fəttah əs-Sisi, İordaniya Kralı II Abdullah, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktum, Küveytin Vəliəhdi Şeyx Mişaal əl-əhməd əl-Caber əs-Sabah, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd ibn Salman əl Səud və FIFA prezidenti Gianni Infantino ilə salamlaşıb və söhbət edib.