"Baksol" yolunda hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Senzor.az-a verilən məlumata görə, 24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.