Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC xəbər verir.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.