Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Senzor.az xəbər verir ki, bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.
Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.