Türkiyənin Düzcə şəhərinin eyniadlı mərkəzi rayonunda 4,3 bal gücündə zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 07:57-də qeydə alınan yeraltı təkanın ocağı 9,52 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat verilməyib.
Xatırladaq ki, Düzcə şəhərində bundan əvvəl də zəlzələ olmuşdu-5,9 bal gücündə. Noyabrın 23-də qeydə alınan həmin təbii fəlakət nəticəsində 2 nəfər ölmüş, 93 nəfər isə yaralanmışdı.