Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə olunur.
Senzor.az-ın xəbərinə görə, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanunun Əsas anlayışlar maddəsinə yeni əhalinin ərzaq təhlükəsizliyi bəndi əlavə olunur.
Əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemidir.