Bu gün Bakıda Rusiyanın Tatarıstan bölgəsinin və Azərbaycanın iş adamlarının iştirakı ilə biznes forum keçirilib.
Bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
"Tatarıstan Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə keçirilmiş tədbir ikitərəfli əməkdaşlığın inkişafı, iqtisadi-ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes tərəfdaşlığının perspektivləri üçün faydalı olacaq", - deyə o qeyd edib.