İranda sentyabrdan başlayan etirazlarda 1700 nəfər Cənubi azərbaycanlı gənc həbs edilib.
Bunu Fransada yaşayan Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Təbrizli bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxış edərkən bildirib.
O qeyd edib ki, etirazlarda Cənubi Azərbaycandan olan bir gənc qız güllə ilə qətlə yetirilib.
“Ümumilikdə isə ildə təqribən iki-üç min Cənubi azərbaycanlı fəal həbs edilir. İranda tutulan gənclərin ailələrini qorxudurlar ki, o gənclərin adlarını bizə - Ərk İnsan Haqları Müdafiə Komitəsinə verməsinlər. Biz BMT-də təmsil olunuruq və çəkinmədən sözümüzü deyə bilirik”,- deyə J.Təbrizli əlavə edib.(Trend)