Beş kanala platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şurası “APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verib.


Bu barədə Senzor.az-a Şuradan bildirilib. 


Qeyd olunub ki, Şuranın iclası keçirilib və iclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APAMARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.


Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunmuşdur. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.