Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.
Bu, Agentliyin bu gün Baş Nazir Əli Əsədov tərəfindən təsdiqlənmiş Nizamnaməsində öz əksini tapıb.
Sənədə əsasən, İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun iki müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.