Azərbaycan və Rumıniya energetika sektorunda layihəyə start verə bilərlər

“Rumıniya və Azərbaycan energetika sektorunda Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək layihənin icrasına başlamağı təklif edirlər”.


Məlumata görə, bunu Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare Rumıniyanın Milli Gününə həsr olunmuş tədbir zamanı deyib.


Onun sözlərinə görə, layihəyə Xəzərin Azərbaycan sahillərində təbii qazın çıxarılması və alternativ mənbələrdən elektrik enerjisi istehsalı daxildir.


Səfir qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub: “Sonrakı 30 il ərzində iki ölkə arasında siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələr yalnız inkişaf edib”.


Tədbirdə iştirak edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Rumıniyanın strateji tərəfdaş olduğunu və müvafiq sənəd imzaladıqlarını vurğulayıb.


“Bu gün iqtisadi, investisiya və ticarət əlaqələrimiz genişlənir. Son 10 ildə ölkələr arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb”, - nazir deyib.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.