QMİ sədri Moskvada Patriarx Kirillə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.


QMİ-nin Mətbuat Xidmətindən Senzor.az-a verilən xəbərə görə, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək «Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri» mövzusunda 18-ci Beynəlxalq müsəlman forumunda iştirak edəcək. Tədbir Peyğəmbər Məhəmməd Salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub. «Beynəlxalq Müsəlman Forumu» təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin təşkilatçılığı ilə baş tutan mötəbər Forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.


QMİ sədri Şeyxülislam A. Paşazadə beynəlxalq forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcək.


Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.