Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu Albaniyanın Baş naziri Edi Ramaya hədiyyə edib.
Senzor.az-ın xəbərinə görə, sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək və geniş tərkibdə görüşü olub.