Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12 dekabr tarixində Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.