“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün daha 10 qatar alınacaq.
Senzor.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Bakı-Sumqayıt marşrutu gündə 20-25 min sərnişin daşımaq potensialına malikdir:
“Bu marşrut üçün daha 10 sürətli qatarın alınması planlaşdırılır. Bu günə qədər bu məsələ ilə bağlı razılıq əldə olunub və ilk qatarlar 2023-cü ilin sonuna kimi Azərbaycana gələcək”.