Can Azərbaycanın Ümummilli Lideri, böyük dövlət adamı Heydər Əliyevi vəfatının 19-cu ildönümündə hörmət və rəhmətlə yad edirəm.
Senzor.az-ın məlumatına görə, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşımında qeyd edib.
"Can Azərbaycanın Ümummilli Lideri, böyük dövlət adamı Heydər Əliyevi vəfatının 19-cu ildönümündə hörmət və rəhmətlə yad edirəm. Təməlində "Bir millət, iki dövlət" şüarı olan qardaşlığımız və birliyimiz davam edəcək", - deyə paylaşımda deyilir.