Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Məlumata görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılması müzakirə olunub.
Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Cənubi Qafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpası üzrə layihələrə xüsusi diqqət yetirilib.(APA)