Türkiyədə Avropanın ən nəhəng yeraltı qaz anbarının açılışı oldu - VİDEO

Türkiyədə Avropanın ən nəhəng “Silivri” yeraltı təbii qaz anbarının (genişlənmiş versiya) açılışı münasibətilə mərasim keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Türkiyənin çoxistiqamətli inkişafından danışıb.

 

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin uğurlu Zirvə görüşü üç qardaş ölkənin iqtisadi inkişafına böyük təsir göstərəcək.

 

Energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkənin enerji siyasətinin icra vəziyyəti barədə məlumat verib.

 

Xatırladaq ki, “Silivri” yeraltı qaz anbarının 3,2 milyard kubmetr həcmində olan tutumu genişləndikdən sonra 4,6 milyard kubmetr, gündəlik ixrac imkanı isə 28 milyon kubmetrdən 75 milyon kubmetrə çatdırılıb.

 

“Silivri” su sahəsində Piri Mehmet Paşa və Ali Paşa adlı, hər biri tam Türkiyə istehsalı olan iki platforma qurulub, bu ərazilərdəki 18 quyuda genişləndirmə işləri aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.