İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində Nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib.
Ölkənin bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir.