Dekabrın 21-də ölkəmizdə işgüzar səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev arasında görüş keçirilib.
Senzor.az xəbər verir ki, görüşdə Bakı və Belqrad arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.