Qarabağda idman yarışlarının keçirilməsi davam edəcək - FƏRİD QAYIBOV

Şuşada bu il velosiped və şahmat yarışları keçirildi. Şahmat yarışları davam edəcək və velosiped yarışlarını da davam etdirmək istəyirik.


Bu barədə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.


Nazir qeyd edib ki, Avarçəkmə Federasiyası Suqovuşanda iki beynəlxalq yarış keçirdi.


"İlk yarışa 4 ölkə gəlmişdisə, ikinci yarışa - 5 ay sonra 12 ölkə gəldi. Bu da onu göstərir ki, yarışlar yüksək səviyyədə keçirilir. Düşünürəm ki, Avarçəkmə Federasiyası ambisiyalı federasiyadır və onlar dayanmayacaq, davam edəcəklər, növbəti illərdə ölkələrin sayı da artacaq. Təbii ki, yarışın formatı da inkişaf edəcək. Hər ikisində iştirak etmək şansım oldu. Bəzi yarışların uzunmüddətli olduğunu nəzərə alaraq, Suqovuşanda keçirmək imkanımız yoxdur. Bu səbəbdən digər yarışlar Mingəçevirdə keçirilir. Məsafə uzaq deyil, bunun üçün şərait var. Suqovuşana yaxın bizim Tərtər Olimpiya Kompleksimiz var. Çox müasir bir kompleksdir. İşitrakçılar orada qala bilərlər", - deyə F. Qayıbov əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.