Azərbaycana qış fəsli qədəm qoydu.
Senzor.az N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, bu il qış fəsli ölkəmizdə dekabrın 22-də saat 01:48-dən başlanıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə olur