Türkiyədə minimum əmək haqqı artırılıb.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Belə ki, 2023-cü ilin yanvarın birindən 8500 türk lirəsi olacaq. Hazırda bu rəqəm 5500 lirədir. Bununla da illik ortalama artım 70% təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə minimum əmək haqqı iki dəfə artırılıb.