Azərbaycanla Türkiyə arasında tikinti sahəsində Anlaşma Memorandumu imzalanıb
YENİLƏNİB, FOTO

“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.


Bu barədə Azərbaycan FHN məlumat yayıb.


Memorandumu Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.

Bununla yanaşı, “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar birgə hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”a da imza atılıb.


Bu sənədlər tikintidə qiymətqoyma sisteminin təkmilləşdirilməsi, tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması, tikintidə innovativ texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir.

**17:45

Türkiyədə səfərdə olan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə görüşüb.


FHN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, 2021-ci ilin iyul-avqust, 2022-ci ilin iyun ayında Türkiyədə baş vermiş güclü meşə yanğınları zamanı birgə fəaliyyət nəticəsində yanğınların qarşısının alınması və söndürülməsi bir daha əlaqələrin sıx və sarsılmaz olduğunun sübutudur.

Görüşdə meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, meşə yanğınlarına qarşı mübarizə tədbirlərinin təhlili, monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, habelə bu sahədə birgə təlimlərin keçirilməsi məsələləri də nəzərdə keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.