Qarabağda xarici universitetin bir filialının fəaliyyətə başlaması planlaşdırılır.
Senzor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 197 ümumtəhsil və məktəbəqədər təhsil müəssisənin layihələdəndirilməsi, 8 peşə-təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.