Paytaxtda ölümlə nəticələnən yol qəzası olub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Belə ki, Nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu ərazisində “Lada” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub. FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.