Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur

Abşeron yarımadası üzrə 7 sürüşmə sahəsində - Bayıl dərəsi, Badamdar, Zığ-1, Qaraçuxur sahələri, Zəli gölü, Nübar massivi, Günəşli yaylasında, eyni zamanda bölgələrdə mütəmadi olaraq monitorinqlər aparılır.


Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib ki, hazırda sözügedən sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur. Badamdar sahəsində ötən il baş vermiş sürüşmə prosesindən sonra bərkitmə və bərpa işləri davam edir. Zəli gölü, Nübar sahəsi və qismən Günəşli yaylasında isə zəif aktivlik qeydə alınıb.


Ə.Əliyevin sözlərinə görə, sürüşmələr texnogen, geoloji və mövsümi xarakterli səbəblərdən baş verir.


“Mövsümi xarakterli intensiv və böyük həcmli yağıntıların düşməsi sürüşmə proseslərində aktivlik yarada bilər. Son həftələrdə baş vermiş yağıntılardan sonra ekzogen geoloji proseslərin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb”.


Agentliyin sədri onu da bildirib ki, regionlarda yağan yağışlardan sonra lokal aktivləşmələrin baş verməsinə baxmayaraq, sürüşmə ərazilərində ciddi dəyişikliklər qeydə alınmayıb, yeni sürüşmə zonaları müşahidə edilməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.