Türkiyədə Yeni il gecəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında bildirib.
O qeyd edib ki, nazirliyin Yeni il tədbirləri çərçivəsində 3 gün ərzində cəmi 490 435 nəfər təhlükəsizlik personalı çalışacaq.
Yeni il ərəfəsi, dekabrın 30-dan 2023-cü il yanvarın 1-dək şəhər mərkəzləri, ticarət və turistik mərkəzlər, bazarlar, hava və dəniz limanları, təhsil ocaqları və digər yerlərdə xüsusi yoxlamalar aparılacaq.