Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
Senzor.az-ın məlumatına görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusən də Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma-durma tələblərinə ciddi şəkildə riayət emək xahiş olunur.