Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.
Senzor.az bildirir ki, bayram atəşfəşanlığını yüz minlərlə insan izləyib.
Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.
Beləliklə, ötən ili xoş ovqatla yola salan xalqımız 2023-cü ili yeni arzular, qələbələr sorağı və atəşfəşanlıqla qarşılayıb.
Qədəmlərin uğurlu olsun, Yeni il!