Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, saat 04.48-də qeydə alınan yeraltı təkanın episentri 45 km dərinlikdə yerləşib.
Xatırladaq ki, Xəzər dənizində bundan əvvəl – dünən saat 16.44-də də 3 maqnitudalı zəlzələ qeydə alınmışdı.