Polşa Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin sağlamlığı üçün mübarizəsini dayandırmayacaq.
Bunu Polşa seyminin vitse-spikeri Malqorzata Qosievska Polşanın PAP nəşrinə açıqlamasında deyib. O, bildirib ki, Saakaşvilinin Polşada müalicəsi üçün dəfələrlə müraciət edilib.
Saakaşvilinin dünyanın gözü qarşısında öldüyünü deyən vitse-spiker buna görə Gürcüstan hökumətini ittiham edib.
O, əlavə edib ki, Polşa Prezideti Andjey Duda, Baş nazir Mateuş Moravietski, həmçinin xarici işlər naziri Zbiqnev Rau da daxil olmaqla, Polşanın hökumət nümayəndələri Gürcüstanla ikitərəfli danışıqlar zamanı dəfələrlə Saakaşvilinin həbsi məsələsini qaldırıb. O, əlavə edib ki, həm danışıqlar zamanı, həm də məktublarla Gürcüstan tərəfinə Saakaşvilinin müalicəsi üçün Polşaya aparılması təklif edilib, lakin buna icazə verilməyib.(APA)