Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib.
Qeyd edilib ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.