İdxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi investisiya mühtinin cəlbediciliyinin artırılması məqsədini hədəfləyir.


Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.


Qeyd edilib ki, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergi ödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır.


"Lakin bu kateqoriyaya daxil olmayan vergi ödəyiciləri eyni əməliyyatlara görə gömrük orqanlarına böyük həcmdə vergi ödəməli idilər ki, bu da onların maliyyə vəziyyətində çətinliklərə səbəb olurdu. Sözügedən halların aradan qaldırılması, ölkədə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklərlə idxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib. Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq əsas vəsaitlərin idxalı müddətsiz olaraq ƏDV-yə cəlb edilməyəcək. Bu təşviqlər ölkə iqtisadiyyatı üçün prioritet hesab edilən sahələr üzrə idxal edilən əsas vəsaitləri, o cümlədən emal və istehsal avadanlıqları və digər əsas vəsaitlərin idxalını əhatə edəcək. Bununla da dövriyyə vəsaitlərinə qənaət edilməsi yolu ilə müvafiq sahələr üzrə iqtisadi artıma nail olunacağı proqnozlaşdırılır", - məlumatda deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.