Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Senzor.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Əfv Komissiyanın növbəti iclasının yanvarın 17-də keçirilməsi nəzərdə tutulur.
**15:20
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, komissiyanın üzvləri toplaşaraq müraciətlərə baxacaqlar.