Gürcüstan və Ermənistan arasında vizasız gediş-gəliş sadələşdirilib.
APA xəbər verir ki, müvafiq qərar hər iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə İrəvanda keçirilən hökumətlərarası iqtisadi komissiyanın iclasında qəbul edilib.
Bildirilib ki, tərəflər arasında imzalanan sənədə əsasən bundan sonra hər iki ölkənin vətəndaşları biometrik şəxsiyyət vəsiqəsi ilə Gürcüstan-Ermənistan sərhədini keçə biləcək.