Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 84,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,53 dollar ucuzlaşaraq 79,33 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar azalaraq 90,35 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti (135,99 dollar) martın 9-da qeydə alınmışdı.