20 Yanvar – XALQ ÖZ ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ EHTİRAMLA YAD EDİR
FOTO

Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin bu növbəti ildönümündə də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. 

 

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.

 

Bu müqəddəs məkana gələn insanların simasında təkcə kədər yox, həm də qürur hissləri görünür. Bu da təbiidir. Çünki 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb. 

Artıq deyə bilərik ki, həmin gün axıdılan şəhid qanları hədər getmədi. Xalqımız müstəqilliyə qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

 

Şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın bölgələrində və xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də ehtiramla anılır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.