"20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşinin məzarını ziyarət etdik".
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter“ hesabında qeyd edib.
"Torpaq əgər uğrunda ölən varsa Vətəndir", - deyə səfir qeyd edib.