Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 17 739,9 milyon manatı və yaxud 55,3%-i cari xərclər, 12 533 milyon manatı və yaxud 39,1%-i əsaslı xərclər, 1 790,4 milyon manatı və yaxud 5,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Bu barədə Senzor.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9% çox, 45,1% çox və 18,6% azdır.