“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”.
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırmışdı.