Korrupsiyaya yol vermiş 45 şəxs iş başında yaxalanıb
YENİLƏNİB

2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət başında yaxalanıb.


Bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib. Onun sözlərinə görə, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.


"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib.


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanıb, habelə 12 nəfər axtarışda olan şəxs tutulub".

**11:27

"2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib, 33 prokurorluq işçisi isə intizam məsuliyyətinə cəlb olunub".


Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.


O bildirib ki, ötən il aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə intizam məsuliyyətinə cəlb edilən prokurorluq işçilərindən 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad olunub.


Aparılan xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb.


Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilən müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini söyləyib.


Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunub, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib", - K.Əliyev vurğulayıb.

**10:42

Bu gün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.

 

Senzor.az bildirir ki, iclasda Baş Prokurorluğun Mərkəzi Aparatı, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.

 

Tədbirdə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirə ediləcəyi gözlənilir.

 

İclasda Baş prokuror Kamran Əliyev çıxış edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.