"Azərbaycan səfirliyinə hücum terror aktıdır"
ZİYAFƏT ƏSGƏROV

Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə hücum və bir nəfərin qətlə yetirilməsi heç bir çərçivəyə sığmır və beynəlxalq hüquqlara, konvensiyalara ziddir.


Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin yanvarın 27-də keçirilən iclasında deyib.


Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur.


Ziyafət Əsgərov təəssüflə qeyd edib ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir.


Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.