Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.
Bu barədə Senzor.az-a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.