Qanunvericilikdə Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması təklif olunub
YENİLƏNİB

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Milli Məclisin yaz sessiyası üçün İş planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsinin daxil edilməsi təklifi ilə çıxış edib.


Xəbərə görə, Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasında çıxış edən Əziz Ələkbərov deyib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişikliklər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da öz töhfəsini vermiş olacaq.

**12:13

“Soydaşlarımız haqqında” qanunun qəbulu vacibdir”.


Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.


Fazil Mustafa deyib ki, Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

**11:41

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək.


Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı məlumat verib.


Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq: “Milli Məclisin və komitələrinin yubileylə bağlı tədbirlər planları hazırlanıb. Parlamentin ulu öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcək. Digər tədbirlərin də təşkili nəzərdə tutulur”.


**11:07

Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclası başlayıb.


Senzor.az xəbər verir ki, MM sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan edib. Sonra Dövlət himni səsləndirilib.


İlk iclasın gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib.


Həmin məsələlər aşağıdakılardır:


1. Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi.


2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.


3. Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.


4. “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi.


5. “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi.


6. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi.


7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


8. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.


9. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.


10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.


11. “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


12. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


13. Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


14. “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


15. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


16. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


17. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


18. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


19. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


20. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).


21. Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.