Avstraliya Rusiyaya PUA verdiyinə görə İrana yeni sanksiyalar tətbiq edib.
Bu barədə Avstraliya XİN-dən bildirilib.
Qeyd edilib ki, İranın Ukraynadakı müharibədə Rusiyanı dəstəkləməsi, bu dövlətə PUA-lar verməsi narahatlıq doğurur. Məlumata görə, İranın Rusiya PUA tədürükü ilə məşğul olan 4 fiziki və 4 hüquqi şəxsinə maliyyə sanksiyaları tətbiq edilib.