
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.
