Bakıda NATO-nun təlim kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir.


MN-dən Senzor.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən təlim kursunda iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumatlar verilib.


Kurs müddətində "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma" və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər keçiriləcək.


Cari ilin fevral ayının 10-dək davam edəcək kursda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçular iştirak edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.