Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Senzor.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb:
1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;
1.2. Gəncə Regional Turizm İdarəsi;
1.3. Şəki Regional Turizm İdarəsi;
1.4. Lənkəran Regional Turizm İdarəsi;
1.5. Mingəçevir Regional Turizm İdarəsi;
1.6. Quba Regional Turizm İdarəsi;
1.7. Qarabağ Regional Turizm İdarəsi;
1.8. İsmayıllı Regional Turizm İdarəsi.
Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.