Azərbaycan vətəndaşları Qaziantepdən avtobuslarla ölkəmizə yola salınır.
"Report" xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən onların qida təminatı da həll olunacaq.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8 574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.